Cun Sumer: "Boneyra xalqı öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər"

"Boneyra xalqı öz ölkələrində vətəndaş kimi azad yaşamaq hüququndan məhrum ediliblər".

"Report" xəbər verir ki, bunu BMT-də afrikaəsilli İnsanlar üzrə Daimi Forumun üzvü June Soomer (Cun Sumer) jurnalistlərə açıqlamasında deyib.

"Bakıda olmaq mənim üçün şərəfdir, çünki Boneyra xalqına öz müqəddəratını təyin etmək imkanı verilməsi uğrunda mübarizə aparmaq üçün buradayam. Bakı Təşəbbüs Qrupu ilə bu istiqamətdə əməkdaşlıq etmək olduqca önəmlidir. Boneyra xalqı öz ölkələrində vətəndaş kimi azad yaşamaqdan məhrum ediliblər. Dünyanın bu adada baş verənlərdən xəbərdar olması üçün böyük tədbirlərin keçirilməsi vacibdir" , - o qeyd edib.

Cun Sumer əlavə edib ki, müstəmləkəçilik, əsarət və əlaqəli bütün məsələlər barədə BMT-yə hesabat vermək onların mandatının bir hissəsidir:

"Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin müstəqilliyə qovuşması üçün yeni təşəbbüslər olmalıdır və biz bu təşəbbüslərin qiymətləndirilməsini aparmalıyıq. Hazırda müstəmləkəçi ölkələrlə birbaşa əlaqə qurmuruq, yəni həmin ölkələrə getmirik, çünki Avropa dövlətlərinin müstəmləkəçiliklə mübarizə sahəsində hansı addımları atdıqlarını qiymətləndiririk".

0.08591103553772