Səfir: "Birləşmiş Millətlər kolonializmlə mübarizə aparır"

"İlk növbədə siz öz ərazi bütövlüyünüzə və məqsədinizə köklənməlisiniz. Bu, böyük bir mübarizədir. Ölkələrin öz azadlıqları uğrunda mübarizəyə ehtiyacı var. Bakı Təşəbbüs Qrupu (BTQ) bu istiqamətdə böyük işlər görür. Biz işçilərin hüquqlarının müdafiəsi uğrunda mübarizə aparırıq. Birləşmiş Millətlər kolonializmlə mübarizə aparır".

"Report" xəbər verir ki, bunu Belizin BMT-dəki səfiri Karlos Fuller BTQ-nin ofisində jurnalistlərə açıqlamasında deyib.

"Biz 1981-ci ildə müstəqilliyə nail olmuşuq. Müstəqillik qazanmağa çalışmaq çox uzun, əzmkarlıq və əsas prinsiplərinizin nə olduğunu göstərməli olduğunuz bir mübarizədir. Belizdə həmişə xalqın öz müqəddəratını təyin etməsi və ərazi bütövlüyünü bərpa etməsi əsas məqsəd olub. Ancaq bu olduqca çətin proses idi. Çünki siz insanları mübarizənizə qoşulmağa məcbur etməlisiniz. Sonra siz beynəlxalq ictimaiyyətin tam dəstəyini almaq üçün bütün dünyaya səsinizi çatdırmalısınız", - deyə o bildirib.

Səfir söyləyib ki, bu, bir növ marafondur və müstəqillik istəyən ölkələr bunu nəzərə almalıdır:

"Boneyr xalqının öz müqəddəratını təyin etmək hüququ uğrunda apardıqları mübarizəni dünyaya çatdırmaq lazımdır. Müstəqilliyə nail olmaq üçün bizə 1981-ci ilə qədər vaxt lazım idi. Biz şimaldakı qonşularımızı razı salmalı olduq. Panama, Karib ölkələri də bizə qoşuldu və biz daha geniş ictimaiyyətə mesajı çatdırdıq, Avropanı, Afrikanı, Şərqi Asiya ölkələrini cəlb etdik. Dünyanın bütün bu ölkələri bizim müstəqillik uğrunda mübarizəmizi dəstəkləyir. Beləliklə, bu bizə Birləşmiş Millətlər Təşkilatına yaxınlaşmağa və Birləşmiş Millətlər Təşkilatına üzv ola bilməyə imkan verdi".

0.10303807258606