Bakının mərkəzindəki poliklinikada olan vəziyyət görənləri şoka saldı

Bakının Xətai rayonunda yerləşən 38 saylı poliklinikada həkim otağına məxsus tavan müzakirə mövzusu olub.

Xeber-ps.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotoda tavanın uçub-töküldüyü diqqət çəkir.

Poliklinikanın xidmətlərindən istifadə edən vətəndaşlar ilyarımdan çoxdur ki, gələn xəstələrə bu cür şəraitdə xidmət göstərildiyindən narazılıq ediblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda poliklinikada təmir işləri aparılır.

"Poliklinika yaşayış binasının altında yerləşir. Bir neçə dəfə sözügedən endokrinoloji kabinet üst mərtəbələrdən su axıntısına məruz qalıb və təmir həyata keçirilib.

Bir aydan çoxdur ki, poliklinikada cari təmir işləri aparılır", - deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova

0.22076797485352