Türkiyəli nazir Azərbaycana təşəkkür etdi

"Meşə yanğınlarına qarşı mübarizədə bizə dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm".

Xeber-ps.com CNN Türk-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınlarla bağlı son açıqlamasında söyləyib.

"Onlar da (Azərbaycan xalqı - red.) yanğına qarşı mübarizə aparan təyyarə ilə bizim yanımızda olduqlarını nümayiş etdirdilər. "İki dövlət, bir millət"in necə olduğunu bu dəfə də dünyaya göstərdik", - deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi

0.060868978500366