Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.
Azərbaycan Prezidentinin tapşırığı ilə Türkiyəyə yola salınmış FHN-in təyyarəsi İzmirdə eniş edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə kömək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb.
"Report" xəbər verir ki, amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri başa çatıb.
Eyni zamanda, FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə kömək məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu bildirilib. Lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
Xeber-ps.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
İlkin olaraq, FHN-in Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.
Bundan əlavə, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.
Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.