Bakıda saxta pulla taksi sürücülərini aldadan şəxs peyda olub.
Xeber-ps.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hətta həmin şəxs 20 manat məbləğində saxta əsginasa görə döyülüb.
Məsələ ilə bağlı Xeber-ps.com-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, kadrlar araşdırılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik: