Lamin Yamalın atası bıçaqlandı: Vəziyyəti ağırdır

İspaniyada Lamin Yamalın atası Munir Nəsraui avtomobil dayanacağında bıçaqlanıb.

Xeber-ps.com sport24.ru-ya istinadən xəbər verir ki, kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yamalın atası Mataro şəhərindəki avtomobil parkında bıçaqlanıb.

Polis artıq bir neçə şübhəli şəxsi müəyyənləşdirib, hadisənin baş vermə şəraitini araşdırır və şahidləri dindirir.

0.066570043563843