"Sumqayıt" daha bir futbolçunun transferini reallaşdırıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Sumqayıt təmsilçisi son mövsümü Özbəkistanın "Surxon Termiz" klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb.
25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" indiyədək Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.