Ronaldunun qolu "Ən-Nəsr"i finala çıxardı: "Əl-Taavun" üzərində qələbə

Səudiyyə Ərəbistanı Superkubokunun ikinci yarımfinalında "Ən-Nəsr" "Əl-Taavun"un qonağı olub.

Xeber-ps.com xəbər verir ki, oyunda ilk qol artıq 8-ci dəqiqədə vurulub. Yəhya qonaqları önə keçirib.

"Ən-Nəsr"nin portuqaliyalı ulduzu Kriştianu Ronaldo 57-ci dəqiqədə fərqlənərək hesabı artırıb və komandasının finala çıxışını rəsmiləşdirib - 0:2.

90+1-ci dəqiqədə Ronaldonun komandası azlıqda qalsa da, bu qarşılaşmanın yekun nəticəsinə təsir etməyib.

Xatırladaq ki, dünən keçirilən ilk yarımfinal görüşündə "Əl-Hilal" penaltilər seriyası ilə "Əl-Əhli"ni məğlub edərək (1:1; pen.4:1) həlledici matçda oynamaq hüququ qazanıb.

0.095718860626221