"Osiyek"in baş məşqçisi: "Rəqibin qol vurmaq üçün şansları var"

"Ot örtüyünün vəziyyəti yaxşı deyil, amma yenə də adaptasiya olmağa çalışacağıq."

Xeber-ps.com xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Federiko Kopitelli jurnalistlərin suallarını cavablandırıb.

"İlk oyunda komanda müdafiədə dayanırdı. "Zirə"nin ev oyunundakı şansları az idi. Bu da müdafiə sistemimizlə əlaqəli idi. Rəqibin qol vurmaq üçün şansları var. Ot örtüyünün vəziyyəti yaxşı olmasa da, adaptasiya olmağa çalışacağıq. Meydançadan asılı olmayaraq buna öyrəşməliyik."

Qeyd edək ki, "Zirə" - "Osiyek" qarşılaşması 15 avqust saat 20:30-da "Dalğa Arena"da keçiriləcək.

Anar Həsənov

0.098278045654297