"Ludoqorets"in UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 2:7 hesablı məğlubiyyəti Bolqarıstan klubları üçün avrokubokların ev matçlarında antirekorddur.
Xeber-ps.com xəbər verir ki, bu ölkənin heç bir təmsilçisi indiyədək doğma meydanda bir oyunda öz qapısından bu qədər top buraxmayıb.
"Qarabağ"la görüşə kimi ən mənfi göstərici 1977-ci ildə qeydə alınmışdı. Sofiya "Lokomotiv"i "Anderlext"ə 1:6 hesabı ilə uduzmuşdu.
Amma "Qarabağ"la oyundakı nəticə "Ludoqrets"in avrokuboklardakı ən ağır məğlubiyyəti deyil. Razqrad təmsilçisi ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində Danimarkanın "Norşellan" komandasına səfərdə 1:7 hesabı ilə uduzub. Avropadakı ən böyük məğlubiyyəti isə 2000-ci ildə İntertoto Kubokunda Çexiyanın "Siqma" klubu ilə görüşdə qeydə alınıb - 0:8.