UEFA Çempionlar Liqası: "Qarabağ" pley-offda hansı göstəriciyə görə sonuncudur?

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə adlayan "Qarabağ" bu tura adlayan komandalar arasında futbolçularının transfer dəyəri ən aşağı komanda olub.

Xeber-ps.com xəbər verir ki, pley-off mərhələsində "Qarabağ"la yanaşı "Lill", "Slvaia Praqa", "Qalatasaray", "Dinamo Zaqreb", "Yanq Boyz", "Bodo Qlimt", "Red Star", "Malmö", "Sparta Praqa", "Midyulland", "Slovan Bratislava", "Dinamo Kiyev" və "Zalsburq" kimi komandalar yer alıblar.

Belə ki, pley-off mərhələsindəki təmsilçimizin büdcəsi 16.48 milyon avro olaraq göstərilib. Komandalar arasında ən yüksək transfer dəyərinə sahib 243.50 milyon avro ilə "Lill" olub.

Qeyd edək ki, "Dinamo Zaqreb"in transfer dəyəri isə 72.60 milyon avrodur.

0.065731048583984