İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin SİYAHISI

İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) 2023/2024 mövsümünün yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Xeber-ps.com xəbər verir ki, siyahıda altı futbolçunun adı yer alıb.

Bunlar Erlinq Holand, Rodri, Fil Foden (hər üçün "Mançester Siti"), Martin Edeqor ("Arsenal"), Koul Palmer ("Çelsi") və Olli Uotkinsdir ("Aston Villa").

Qalib qurumun üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və avqustun 20-də elan olunacaq.

Qeyd edək ki, 2022/2023 mövsümündə Erlinq Holand mükafata sahib çıxıb.

0.063918113708496