"Şamaxı" almaniyalı hücumçunun keçidini açıqlayıb

"Şamaxı" növbəti transferini reallaşdırıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda almaniyalı hücumçu Leroy Mikelsi heyətinə qatıb.

29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mikelsin son olaraq Səudiyyə Ərəbistanın "Əl Taraji" klubunda çıxış edib.

0.063819885253906