Çempionlar Liqası: "Ludoqorets" və "Qarabağ" komandalarının start heyətləri

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Xeber-ps.com xəbər verir ki, "Ludoqorets Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Rik, Dua Kvadvo, Ruan Seko.

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Xeber-ps.com xəbər verir ki, doğma meydanda 1:2 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstanda "Ludoqorets" üzərində qələbə qazanaraq pley-off mərhələsinə adlamağa çalışacaq.

Görüşü Simone Sozzanın başcılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Görüş "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi

13 avqust

"Ludoqorets" - "Qarabağ"

22:00, "Huvepharma Arena"

0.063636064529419