Kerem Aktürkoğlu "Spartak"ın təklifini bəyənmədiyi üçün transferə razılıq verməyib

"Qalatasaray"ın cinah oyunçusu Kərəm Aktürkoğlunun agenti Vilyam Davila futbolçunun şərtləri bəyənmədiyi üçün "Spartak"a (Moskva) keçməyəcəyini açıqlayıb.

Xeber-ps.com Trtspor.com.tr-yə istinadla xəbər verir ki, agent daha əvvəl "Spartak"ın türkiyəli futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumat versə də, keçidin alınmadığını bildirib.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə iki oyunda iştirak edib və qol vurmayıb. Onun "Qalatasaray"la müqaviləsi 2026-cı ilə qədərdir.

0.064711093902588