Almaniyalı məşqçi bir ay öncə sükanı arxasına keçdiyi komandadan intim qalmaqala görə ayrılıb

Cənubi Afrikanın "Sexuxune" klubunun baş məşqçisi Peter Hiballa qadınla cinsi əlaqədə olduğu barədə görüntülər paylaşıldığına görə vəzifəsindən istefa verib.

Xeber-ps.com Marca.com-a istinadla xəbər verir ki, Hiballanın qadınla yaxın münasibətini göstərən videosu mediaya sızdırılıb. Almaniyadan fərqli olaraq Cənubi Afrikada belə münasibət qadağandır.

Qəzetin xəbərinə görə, klub naməlum şəxslər tərəfindən şantaj edilib, onlar klubu pul ödəməyəcəyi təqdirdə videonu yayımlamaqla hədələyiblər

Qeyd edək ki, Niderlandın "Breda" klubunun baş məşqçisi kimi tanınan Peter Hiballa bir ay əvvəl Afrika komandasının sükanı arxasına keçmişdi.

0.089497089385986