İngiltərənin "Çelsi" klubu 11 futbolçusunu sataraq 200 milyon funt sterlinq dəyərində gəlir əldə etmək istəyir.
Xeber-ps.com Championat.com-a istinadla xəbər verir ki, "zadəganlar" Romelu Lukaku, Trevo Çaloba, Armando Broya, Konor Qallaxer, Karni Çukvuemeka, Ben Çilvell, Rahim Sterlinq (əgər Joao Feliks imzalansa), Noni Madueke, David Fofana, Başir Hamfreys və Çezare Kazadeyi komandadan göndərmək niyyətindədirlər.
Xatırladaq ki, Konor Qallaxer "Atletiko Madrid"ə keçməyə yaxındır.
Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında ilk matçını son çempion "Mançester Siti"yə qarşı avqust ayının 18-də keçirəcək.