Alvaro Morata və Alis Kampello səkkiz ildən sonra boşandılar

Bir neçə həftə əvvəl "Milan"la müqavilə imzalayan "Atletiko Madrid"in keçmiş futbolçusu Alvaro Morata yoldaşı Alis Kampello ilə münasibətlərinin bitdiyini açıqlayıb.

Xeber-ps.com xəbər verir ki, ulduz futbolçu bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib.

O, bildirib ki, həyat yoldaşı ilə boşanmalarına səbəb anlaşa bilməmələri olub.

"Bir müddət düşündükdən sonra Alis və mən yollarımızı ayırmaq qərarına gəldik. Bir-birimizi çox sevdiyimiz və kömək etdiyimiz gözəl qarşılıqlı hörmət üzərində münasibətimiz var idi. Çox gözəl illər oldu və bunun nəticəsində dörd övladımız oldu. Şübhəsiz ki, bizim indiyə qədər etdiyimiz ən yaxşı şeydir. Bu ağrılı bir qərardır, ona görə də hamıdan anlaşıq gözləyirik". Həyat yoldaşı isə Alvaro Moratanın paylaşımına cavabında aralarında hörmətsizlik olmadığını və iki tərəfin də ayrılıq qərarına gəldiyini bildirib.

"Alvaro və mən ayrılmaq qərarına gəldik və bu, həyatımızda verdiyimiz ən çətin qərardır. Mən də onun etdiyi kimi, açıq şəkildə bildirmək istəyirəm ki, heç bir üçüncü tərəf və ya hər hansı bir hörmətsizlik olmayıb. Yalnız onu deyə bilərəm ki, bu səkkiz il ərzində mənə qayğı göstərməkdən və hörmətdən başqa heç nə etməmiş bir insan var və buna görə də heç bir saxta spekulyasiyaya icazə verə bilmərəm".

0.072927951812744