Paris-2024: Kotsoyevin fəndi fotomüsabiqənin qalibi olub

Azərbaycan cüdoçusu Zelim Kotsoyevin Paris-2024 Yay Olimpiya Oyunlarındakı fəndi əks etdirən foto müsabiqənin qalibi olub.

İdman.biz xəbər verir ki, bu müsabiqəni Avropa Cüdo İttifaqı təşkil edib.

Azərbaycan cüdoçusunun 1/4 finalda israilli Peter Palçiklə görüşdə işlətdiyi fənd səsvermədə 1-ci yeri tutub. Bu şəkli Beynəlxalq Cüdo Federasiyasının (İJF) fotoqrafı Qabriela Sabeu çəkib. Olimpiya çempionumuz bu görüşdə ipponla qələbə qazanıb.

Qeyd edək ki, Zelim finalda İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.

0.1329460144043