Pep Qvardiola Aleks Ferqyusonla arasındakı kubok fərqini azaldıb

İngiltərə Superkuboku Pep Qvardiola üçün məşqçilik karyerasında 39-cu kubok olub ki, bu da "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusonla fərqi azaltmasına səbəb olub.

Xeber-ps.com xəbər verir ki, Pep Qvardiola 39-cu kubokunu qazansa da, onun Ferqyusonla arasında hələ də 10 kubok var.

Maraqlıdır ki, bu reytinqdə "Şaxtyor" və "Dinamo"nun sabiq çalışdırıcısı Mirça Luçesku üçüncü, Karlo Ançelotti və Valeri Lobanovski isə dördüncü yeri bölüşüblər.

0.081106901168823