Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Ukrayna bayrağını soydaşımız, güləşçi Pərviz Nəsibov daşıyacaq.
Xeber-ps.com "Sportarena"ya istinadən xəbər verir ki, Ukrayna millisinin bayrağını soydaşımızla yanaşı avarçəkmə üzrə medal qazanmış Lüdmila Luzan da daşıyacaq.
Xatırladaq ki, azərbaycanəsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.