"Atletiko Madrid" "Yuventus"la görüşdə qələbəyə sevinib

Yoldaşlıq görüşü çərçivəsində keçirilən "Atletiko Madrid" "Yuventus" görüşü İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Xeber-ps.com xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab 48-ci dəqiqədə açılıb. Joao Felix hesabı açıb -1:0.

"Yuventus" futbolçuları hesaba tarazlıq gətirməyə çalışsalar da, fürsətlərdən istifadə edə bilməyiblər. Əvəzində "Atletiko Madrid" yenidən fərqi artırıb. Anxel Korrea 85-ci dəqiqədə görüşdə son nöqtəni qoyub -2:0.

Anar Həsənov

0.069517135620117