Göygöldə kütləvi zəhərlənmə olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Toğanalı kəndində yerləşən restonların birində qeydə alınıb.
Hadisə yerinə Göygöl Rayon Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunublar.
Zəhərlənmənin vətəndaşların özləri ilə restorana gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir.
Zəhərlənənlərin sayı beş nəfərdən çoxdur.
Faktla bağlı araşdırma aparılır.
Göygöldə zəhərlənmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun ərazisində yerləşən restoranların birində qeydə alınıb.
Belə ki, restoranda bir neçə nəfər zəhərlənib. Əraziyə təcilli tibbi yardım briqadaları cəlb olunub.