Velosipedçi rəqibinə kəllə atdı, Olimpiadadan qovularaq cərimələndi

Niderlandlı velosipedçi Yan-Villem van Şip Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında trek velosiped yarışında rəqibi Böyük Britaniyadan olan Oliver Vuda başla zərbə endirib.

Xeber-ps.com championat.com-a istinadən xəbər verir ki, Van Şip kənar radiusla Vudu ötməyə çalışıb, lakin qəribə şəkildə onun başına toxunub. Toqquşmadan sonra britaniyalı velosipedçi maneəyə çırpılaraq yıxılıb.

Hakimlər Van Şipi 1050 funt sterlinq cərimələyərək yarışlardan kənarlaşdırıblar.

0.057517051696777