Fransa millisindən Olimpiadada antirekord

Fransa basketbol komandası sərbəst atışlarının yalnız 59%-ni realizə edib ki, bununla da 1996-cı il Atlanta Olimpiadasında Yuqoslaviya seçməsinin antirekordunu təkrarlayıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Paris Olimpiadasının finalında Fransa yığması ABŞ millisinə uduzub (87:98). Bununla da ABŞ yığması Olimpiya Oyunlarında ardıcıl beşinci qızıl medalını qazanıb.

0.068530082702637