Mourinyo "Real Madrid"in iki oyunçusunu "Fənərbağça"ya gətirir?

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun "Real Madrid"in heyətində iki futbolçuya göz dikdiyi iddia edilir.

Xeber-ps.com Haber Global-a istinadən xəbər verir ki, komandasının hücumunu yaxşılaşdırmaq üçün portuqaliyalı məşqçi daha iki futbolçunu transfer etmək istəyir.

Kral klubunun gənc ulduzlarından olan Arda Gülerin Mourinyonun siyahısında başçılıq etdiyi bildirilir.

Çalışdırıcının ikinci hədəfi isə əvvəlki mövsümlərdə "Real Madrid" üçün həyati əhəmiyyət kəsb edən, lakin müxtəlif zədə problemlərinə görə fiziki hazırlığı narahatlıq doğuran təcrübəli mərkəz müdafiəçisi David Alabadır.

0.065263986587524