Aleksis Sançes 13 ildən sonra "Udineze"yə qayıtdı

İtaliyanın "Udineze" klubu 35 yaşlı çilili hücumçu Aleksis Sançesi transfer etdiyini rəsmən açıqlayıb.

Xeber-ps.com championat.com-a istinadən xəbər verir ki, futbolçu klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, hücumçu artıq 2006-2011-ci illərdə "Udineze"də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 112 matçda iştirak edib, 21 qol vurub, 20 məhsuldar ötürmə edib. 2021-ci ildə Sançes "Udineze"dən "Barselona"ya keçib.

0.065743923187256