Azərbaycan millisinin baş məşqçisi: "Tarixi nəticəyə imza atdığımıza görə sevinirəm"

"Tarixi nəticəyə imza atdığımıza görə sevinirəm".

"Report"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının baş məşqçisi Siyana Vasileva Paris-2024-də kollektivin göstərdiyi tarixi nəticədən sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis komandanın çıxışını qiymətləndirib:

"Bu da gərgin əməyin nəticəsidir. Qızların çıxışından razı qaldım. Qarşıdakı yarışlarda daha yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Əziyyəti olan hər kəsə minnətdarlığımı bildirirəm. Əsas məqsədimiz Azərbaycanı layiqincə təmsil etmək idi. Buna da nail olduq".

Qeyd edək ki, təmsilçimiz Paris-2024-də 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Buna qədər isə komandamız Pekin-2008-də 7-ci, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə 10-cu olmuşdu. Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.

0.087666988372803