Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Xeber-ps.com xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev meksikalı Ostin Qomeslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.