Paris-2024: Maqomedxan Maqomedov 1/4 finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Xeber-ps.com xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

0.0661940574646