Azərbaycan boksçusu Alfonso Dominqes: "Bu gün mənim günüm deyildi"

"Bu gün mənim günüm deyildi".

"Report" xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024-də keçirdiyi final matçından sonra jurnalistlərə açıqlamasında deyib.

İdmançı gümüş medal qazanmasını belə dəyərləndirib:

"İstədiyim kimi alınmadığı üçün qızıl medal qazana bilmədim".

Qeyd edək ki, boksçu finalda özbəkistanlı Lazizbek Mullojonova məğlub olub.

Xatırladaq ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

0.073318958282471