Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"ə böyük hesabla qalib gəldi

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Xeber-ps.com xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" klubu "Azərsun Arena"da Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Riçard Almeyda (48), Abdullah Zubir (72) və Olavio Juninyo (84) rəqib qapısından keçirib.

"Kəpəz"in futbolçusu Elmir Tağıyev 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, II turun qalan matçları 10-11 avqustda keçiriləcək.

Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start verilir.

Xeber-ps.com xəbər verir ki, ikinci turun ilk oyun günündə "Qarabağ" doğma meydanda "Kəpəz"i qəbul edəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

9 avqust

Azərbaycan Premyer Liqası

II tur

"Qarabağ" - "Kəpəz"

Saat 20:00, "Azərsun Arena"

0.077154874801636