Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda məğlub olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Xeber-ps.com xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə görüşüb.

Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Xeber-ps.com xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində monqolustanlı Munxtur Lxaqvagerel üz-üzə gəlib.

Rəqibinə 12:2 hesabı ilə qalib gələn Meşvildişvili 1/2 finala vəsiqə qazanıb.

Giorgi yarımfinalda həmvətəni - ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Geno Petriaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Xeber-ps.com xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Meşvildişvili 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

0.057955026626587