Ferdi Kadıoğlu "Brayton"la şəxsi razılığa gəldi

"Fənərbağça" klubunun 25 yaşlı cinah hücumçusu Ferdi Kadıoğlu "Brayton"la şəxsi razılığa gəlib.

Xeber-ps.com Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" Ferdi Kadıoğlunu satmaq istəməsə də, futbolçu 35 milyon avro qarşılığında "Brayton"a keçmək istədiyini bildirib.

25 yaşlı hücumçu "Fənərbağça" rəsmilərinə karyerasını İngiltərə Premyer Liqasında davam etdirməkdə maraqlı olduğunu deyib.

Qeyd edək ki, Ferdi Kadıoğlu 2023/24 mövsümündə çıxdığı 51 matçda 3 qol, 5 assistlə yadda qalıb.

0.083047151565552