ABŞ-li Olimpiya çempionu koronavirusa yoluxduğu üçün yarışlardan imtina edib

ABŞ-li atlet Noa Layls Olimpiadada mübarizəni başa vurub.

Xeber-ps.com xəbər verir ki, buna səbəb onun koronavirusa yoluxmasıdır.

Bu barədə idmançı özü açıqlama verib:

"Hər kəsə təşəkkür edirəm, amma burada çıxışımı başa vurmalıyam. Olimpiadadan zövq aldım".

Qeyd edək ki, Noa Layls 100 metr məsafəyə qaçışda qızıl, 200 metrdə isə bürünc qazanıb.

0.21171402931213