David de Xea rəsmi olaraq "Fiorentina"da

İngiltərənin "Mançester Yunayted" klubunun və İspaniya yığmasının keçmiş qapıçısı David de Xea İtaliya təmsilçisi "Fiorentina" ilə müqavilə imzalayıb.

Xeber-ps.com xəbər verir ki, ötən ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra komandasız qalan qolkiper yaxın günlərdə Florensiya klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Həmçinin sözləşməyə "1+1" şərti də daxil edilib.

Qeyd edək ki, de Xea "Mançester Yunayted"lə yanaşı, "Atletiko Madrid"in də formasını geyinib.

0.059007883071899