Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Xeber-ps.com xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə həmyerlimiz finalda iranlı Səid Esmaili Leyvesi ilə qarşılaşıb.
Rəqibinə sonuncu xal prinsipinə (5:5) əsasən uduzan Pərviz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu, Nəsibovun olimpiadalar tarixində ikinci mükafatı olub. O, daha əvvəl Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci yeri tutub.