David de Xea, nəhayət ki, özünə komanda tapıb

İngiltərənin "Mançester Yunayted" klubunun və İspaniya yığmasının keçmiş qapıçısı David de Xea İtaliya təmsilçisi "Fiorentina"ya keçəcək.

Xeber-ps.com "Sky Sports"a istinadən xəbər verir ki, ötən ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra komandasız qalan qolkiper yaxın günlərdə Florensiya klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.

Həmçinin sözləşməyə "1+1" şərti də daxil ediləcək.

Qeyd edək ki, de Xea "Mançester Yunayted"lə yanaşı, "Atletiko Madrid"in da formasını geyinib.

0.076337099075317