Paris-2024: Əliabbas Rzazadə ilk görüşdə məğlub oldu

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Xeber-ps.com xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan güləşçimiz 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb.

Güləşçimiz görüşdə 4:11 hesabı ilə məğlub olub. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

0.062551021575928