Ölkələrin UEFA əmsallar cədvəlində avrokubokların iki günündən sonra müəyyən dəyişikliklər olub.
Xeber-ps.com xəbər verir ki, Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib. Belə ki, Slovakiya xal hesabında ölkəmizə çatsa da, əlavə göstəricilərə görə cədvəldə bizdən öndə qərarlaşıb.
Hazırda aktivində 18.375 xal olan Azərbaycan 24-cü sıradadır. Cari mövsümün qazancı "Qarabağ"ın məğlubiyyətinə görə dəyişməz qalıb və 1.625-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 0.750 xal, "Qarabağ" 0.500 xal, "Sabah" 0.250 xal, "Sumqayıt" isə 0.125 xal əldə edib. Xatırladaq ki, mövsümə dörd komanda ilə başlasaq da, gənclik şəhərinin təmsilçisi artıq mübarizəni dayandırıb.
Bu gün baş tutacaq oyunlardan sonra cədvəl mövqeyimiz xeyrimizə dəyişə bilər.
Sonda qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 89.160 xal.