"İnter" "Əl-İttihad"la görüşdə məğlub olub

"İnter" "Əl-İttihad"la yoldaşlıq görüşündə məğlubiyyətlə barışmalı olub.

Xeber-ps.com xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab 25-ci dəqiqədə açılıb. Diabi "Əl-İttihad"ı qələbəyə ruhlandırıb -1:0. "İnter" futbolçuları çox çalışsalar da hesaba tarazlıq gətirməyi bacarmayıblar.

Fasilədən sonra üstünülyü yenidən ələ alan "Əl-İttihad" rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. Diabi 47-ci dəqiqədə dublunu rəsmiləşdirib -2:0. Görüş bu hesabla yekunlaşıb.

Qeyd edək ki, İtaliya A seriyasına avqust ayının 18-də "Cenoa" - "İnter" görüşü ilə start veriləcək.

0.075691938400269