Paris-2024: Rafiq Hüseynov yarışı medalsız başa vurub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

Xeber-ps.com xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Macarıstan təmsilçisi David Losonç finala vəsiqə qazana bilməyib.

Losonçun finala gedən yolda Bolqarıstan güləşçisinə uduzması Rafiqin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Xeber-ps.com xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb.

Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının səkkizdəbir mərhələsində Mohamed Elsayedidən (Misir) üstün olan Həsrət Cəfərov yarımfinalda Ukraynanı təmsil edən azərbaycanəsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.

Xeber-ps.com xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda moldovalı Valentin Petiçə qalib gəlib.

Onun yarımfinaldakı rəqibi isə azərbaycanəsilli güləşçi Pərviz Nəsibov olacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Xeber-ps.com xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycan güləşçisi Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına misirli rəqibi Mohamed Əssayed üzərində inamlı qələbə qazanaraq start verib.

Xeber-ps.com xəbər verir ki, rəqibini 9:0 hesabı ilə məğlub edən 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, bu gün digər güləşçimiz Rafiq Hüseynov da döşəyə çıxacaq.

0.07147479057312