Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də keçirdiyi müşavirədə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib.
Xeber-ps.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Sonra Sergey Kujuqetoviç İran və Azərbaycana səfərinin nəticələri barədə danışacaq", - deyə Putin hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Baş Qərargah və Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərləri ilə keçirdiyi müşavirəni açarkən bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
S.Şoyqu Azərbaycana səfərdən əvvəl İranda olub.