Sənan Süleymanov medal görüşündə Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal görüşündə rəqibi dəqiqləşib.

Xeber-ps.com xəbər verir ki, bu, 77 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmalardan sonra bəlli olub.

S.Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Akjol Mahmudovla üz-üzə gələcək.

Mahmudov təsəlliverici dueldə Jair Kueronu (Kolumbiya) üstələyib - 11:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

0.086558818817139