Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən, Şəlalə Rüstəmova və Səkinə Hüseyinova-Zeynalova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin ediliblər.
Xeber-ps.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, onların hər ikisi 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Ş.Rüstəmova bu təyinata qədər Nizami rayon prokurorunun köməkçisi və böyük köməkçisi vəzifələrində, S.Hüseyinova-Zeynalova isə Siyəzən rayon prokurorluğunun müstəntiqi və həmin rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləyib.