Lionel Messinin qeyri-qanuni malikanəsi eko-fəallar tərəfindən dağıdılıb

Lionel Messinin İbizadakı 11 milyon avroluq "qanunsuz" malikanəsi ekofəallar tərəfindən dağıdılıb.

Xeber-ps.com Goal.com-a istinadla xəbər verir ki, "İnter Mayami"nin ulduzu Lionel Messi İbizadakı malikanəsi 11 milyon avro (9 milyon funt sterlinq/12 milyon dollar) olan "Futuro Vegetal" iqlim fəalları qrupu tərəfindən dağıdılıb.

Ekofəallar malikanəni dağıtdıqdan sonra açdıqları pankartda: "Messinin İbizadakı qeyri-qanuni malikanəsini rəngləyirik. Köşk futbolçunun 11 milyon avroya aldığı qeyri-qanuni tikilidir", - yazıblar.

Qeyd edək ki, Lionel Messi məsələ ilə bağlı heç bir açıqlama verməyib.

0.082959890365601