Donald Tramp ən sevdiyi UFC döyüşçüsünün adını açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp rusiyalı UFC əfsanəsi Həbib Nurməhəmmədovu qarışıq döyüş növləri üzrə sevimli döyüşçüsü adlandırıb.

Xeber-ps.com xəbər verir ki, Tramp ən sevdiyi döyüşçünün Həbib Nurməhəmmədov olduğunu dilə gətirib.

"Məncə, bu, Həbibdir. O, çox yaxşıdır! Onun rekordu 29 qələbə - 0 məğlubiyyətdir. Atası öldükdən sonra Nurməhəmmədov karyerasını bitirdi. Məncə, o, hətta bir raund da uduzmayıb",-deyib.

Qeyd edək ki, Doland Tramp noyabrın 5-də keçiriləcək növbəti seçkidə ABŞ prezidentliyinə namizəd olacaq.

0.10432887077332