Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 min bilet satılıb

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 28 000 bilet satılıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30 000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, bu gün reallaşacaq "Qarabağ" - "Ludoqorets" görüşü saat 20:00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.

0.066752910614014