Paris-2024: Sabah Şəriətinin rəqibi bəlli olub

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

Xeber-ps.com xəbər verir ki, bu gün ilk üç medal dəsti sahibini tapacaq.

Azərbaycan idmançısı Sabah Şəriəti də mükafat uğrunda mübarizə aparacaq. Olimpiadanın təsəlliverici görüşləri Bakı vaxtı ilə 13:00-da, medal qarşılaşmaları 21:30-da başlayacaq.

Yunan-Roma güləşi

130 kq

Rio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxacaq. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq "klassik"imizin rəqibi Amin Mirzəzadə (İran) olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.

0.071877956390381